Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 16:57:00
ADNSU-da “Secure Energy” Hackathonu başa çatıb

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsi ilə bağlı keçirilən “Secure Energy” Hackathonu başa çatıb.

 

AzEdu.az xəbər verir ki, 40 saat müddətində davam edən Hackathonda ADNSU ilə yanaşı, bir neçə ali təhsil müəssisəsinin tələbələrindən ibarət 8 komanda verilən tapşırıqları yerinə yetirib.

 

İştirakçılar enerji böhranı və kibertəhlükəsizlik sahəsindəki problemlərə innovativ həllər təqdim etməklə bu sahənin inkişafı üçün yeni prototiplər hazırlayıblar. Hakatonun sonunda fəal iştirak edən 3 komandanın təqdim etdiyi layihə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə əsasən 3 meyar - problemin aktuallığı, problemin həllinə yaradıcı yanaşma və komanda işi əsasında aparılıb.

 

I yerin qalibi- Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Perihelion”, II- yerin qalibi ADNSU-nun “İnnovation”, III yerin qalibi isə UFAZ-ın “Homelanders” komandaları olub. Sonda qalib komandalar pul mükafatı ilə mükafatlandırılıb.

 

Qeyd edək ki, sözügedən Hackathon Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönəlib. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstəriblər.