Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 16:55:51
AzEdu.az tələbələrin suallarını rektor və universitet rəhbərliyinə çatdıracaq – Yeni Layihə

AzEdu.az təhsil portalı daha bir yeni layihəyə start verir. Yeni layihəyə əsasən, Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin tələbələri təhsil aldıqları ali məktəbin rektoruna sual ünvanlaya biləcəklər. Missiyamız rektor-tələbə münasibətlərinin əlçatanlığında vasitəçi olaraq tələbələr üçün qaranlıq qalan və onlar üçün vacib olan xüsusi məqamların rektorlar tərəfindən cavablandırılmasını təmin etməkdir.

İstənilən tələbə, xüsusilə də I kurs tələbələri AzEdu.az saytında yerləşdiriləcək “Rektora sual” bölməsi vasitəsilə təhsil aldıqları ali təhsil müəssisəsinin rektoruna sual verə biləcəklər.

“Rektora sual” bölməsi yaxın zamanda AzEdu.az saytında aktivləşdiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları