Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 10:56:00
Bıçaqlanaraq öldürülən tələbə ilə bağlı vacib detal–Hadisənin TƏFƏRRÜATI

 

Dünən gecə saatlarında Lənkəranda kütləvi daha olub. Məlumata görə, insident ölümlə nəticələnib.

 

Belə ki, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şöhlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

 

Hadisə ilə bağlı Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, mübahisə tələbələr arasında olmayıb:

 

“Kütləvi dava tələbələr arasında olmayıb. Sadəcə hadisə nəticəsində həyatını itirən şəxs Lənkəran Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisaslaşması üzrə III tədris ilində təhsil alırdı. Həmin gənc universitetdə çox yaxşı oxuyan tələbə idi. Dekanlıq, müəllimlər dərslərə hər zaman hazır olduğunu, aktivlik göstərdiyini bildirirlər. Mübahisə də gecə saatlarında olub, tələbəyə bıçaqla xəsarət yetirən şəxs isə 1992-ci il təvəllüdlüdür, yəni o tələbə olmayıb. Mübahisədə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb”.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırlamalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.