Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 10:57:00
“Elm və Təhsil Nazirliyi hər şeyi universitetlərdən gözləməli deyil, özü məsələ qaldırmalıdır”- TƏKLİF

 

 

“Azərbaycan universitetlərinin beynəlxalq reytinq plaformalarında tutduğu yer bizim potensial imkanlarımıza uyğun deyil. Bu istiqamətdə bir çox problemlər mövcuddur. Onlardan biri də yataqxana çatışmazlığıdır ki, bu məsələnin yaxın zamanda həllinə nail olunacağını düşünmürəm”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib.

 

O.Gündüz universitetlərlə yanaşı, nazirliyin də bu istiqamətdə vacib addımlar atmasının vacibliyini vurğulayıb:

 

“Bu istiqamətdə ilk olaraq qanunverciliyin təkmilləşdirilməsinə diqqət edilməlidir. Elm və Təhsil Nazirliyi hər şeyi universitetlərdən gözləməli deyil, Milli Məclis və hökumət qarşısında məsələ qaldırmalıdır. Ali təhsil müəssisələrimizə lazımı istiqamətdə muxtariyyət hüququ verilməlidir. Həmçinin, universitetlərimizin rəqəmsal transformasiya məsələsini yetərli hesab etmək olmaz. Yerli ali təhsil müəssisələrinin də bu istiqamətdə görəcəyi işlər çoxdur, veb səhifələr, xidmətlər təkmilləşdirilməlidir”.