Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 15:00:00
Prorektordan vacib təklif: “Universitetlərimiz bir çox beynəlxalq reytinq meyarlarından tam xəbərsizdirlər”

 

“Biz gün ərzində universitetlərdə çox sayda işlərə zaman sərf edirik ki, o məsələlər beynəlxalq reytinqlər üçün heç bir əhəmiyyət daşımır. Bir çox universitetlərimiz siyahılarda qərarlaşmaq üçün müəyyən edilən meyarlardan ümumiyyətlə xəbərsizdirlər”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

Prorektor ATU-da bu istiqamətdə görülən  işlər barədə məlumat verib:

 

“2021-ci ilin may ayında universitet rəhbərliyinin qərarı ilə 3 əsas tədris proqramımız (müalicə işi, diş həkimliyi və əczaçılıq)  üçün beynəlxalq akkreditasiyaya müraciət etdik. 6-7 ay müddət sonra hər 3 proqramımız maksimum, yəni 5 illik akkreditasiya əldə etdi. Biz bu proses çərçivəsində universitetimiz müsbət və mənfi cəhətlərini, problemlərini öyrənmiş olduq. Əvvəl bildiyimizi zənn edirdik, amma belə deyilmiş. Hazırda mövcud olan beynəlxalq reytinqlər müsbət və mənfi tərəflərilə bizim üçün inkişafın meyarıdır. Akkreditasiya prosesindən sonra demək olar ki, bizim gözümüz açıldı, beynəlxalq reytinq sıralaması üçün meyarları da dəqiq öyrənmiş olduq. Məsələn, bu reytinqlərdə qeyd edilən tələblərdən biri əcnəbi tələbə kontingenti ilə bağlıdır ki, hazırda ATU-da 3 minə yaxın əcnəbi tələbə təhsil alır. Bununla yanaşı digər bir meyar yataqxana təminatı ilə bağlıdır və indi universitetimizin 6 yataqxanası fəaliyyət göstərir. Akkreditasiyanın nəticəsi olaraq bizə mənfi cəhətlərimiz rəy şəklində göndərildi, biz də onların həlli üçün çalışmağa başladıq”.

 

Açıklama yok.

 

O. İsayev beynəlxalq reytinq cədvəllərində uğurlu nəticələr göstərmək üçün təlimlərin keçirilməsini təklif edib:

 

“Hesab edirəm ki, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində yer alması məqsədilə ölkənin ali rəhbərliyi tərəfindən təlimlər keçirilməlidir. Müəyyən universitetlər özləri də bunu təşkil edə bilərlər. Meyarlar formalaşdırılmalıdır və ali təhsil müəssisələrimizin inkişaf stratediyası bu meyarlara əssasən qurulamalıdır. Bizim akkreditasiya əldə etdiyimiz qurum Qazaxıstan Respublikasınındır, bu istiqamətdə fəaliyyət göstərən region üzrə əsas qurumdur. Amma məlum olduğu kimi ölkənin inkişaf səviyyəsi heç də Azərbaycandan çox da irəlidə deyil. Amma o qurumun akkreditasiyasında keçməliyik ki, Amerikada yerləşən World Education da bizi akkreditasiyadan keçirsin. Bu isə təəssüfedicidir”.

 

“Bu səbəblə bu istiqamətdə dövlət səviyyəsində addımların atılması, təlimlərin keçirilməsi, həmçinin universitetlərlə bağlı müəyyən orqanların fəaliyyəti zəruridir”-deyə, o bildirib.