Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 10:10:00
Valideyn məktəb binasına yalnız bu halda daxil ola bilər-Yeni QAYDALAR 

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 

AzEdu.az xəbər verir ki, yeni qaydalara əsasən valideyn-məktəb münasibətləri  aşağıdakı kimi tənzimlənir.

 

 

Müəyyən olunmuş vaxtda övladının təhlükəsiz şəkildə məktəbə gəlməsini və məktəbdən evə qayıtmasını, övladının məktəbə tam məktəbli formasında və lazımi dərs ləvazimatları ilə gəlməsini təmin etməli


Şifahi və yazılı ünsiyyətdə hörmət nümayiş etdirməli və nəzakətli olmalı;

Digər valideynlərin və ya şagirdlərin məktəbdəki təlim-tərbiyə prosesinə mənfi təsir edən davranış(lar)ı, həmçinin məktəb ərazisində baş verən mənfi hallarla bağlı məktəb heyətini məlumatlandırmalı.


Şagirdlərin bir-biri və böyüklərlə olan münaqişələrinin həllini məktəb heyətinə həvalə etməli.


Məktəb heyətinin bütün şagirdlərin təhsili və rifahı üçün məsuliyyət daşıdığını qəbul etməli.


Cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən, sağlamlıq imkanlarından və ya digər fərdi xüsusiyyətlərindən asılı olmayaraq hamıya qarşı nəzakət və tolerantlıq nümayiş etdirməli.


Məktəb icmasının bütün üzvləri haqqında şəxsi məlumatların məxfiliyinə hörmət etməli.


Şagirdlərin, məktəb heyətinin, digər valideynlərin/qanuni nümayəndələrin və ya məktəbin nüfuzuna xələl gətirən fəaliyyətlərə yol verməməli (internet üzərindən fəaliyyətlər də daxil olmaqla).

 

Övladının öyrənməsinə və ev tapşırığını yerinə yetirməsinə nəzarət etməli.


Övladının akademik nailiyyətləri, davranışı və rifahı barədə məsələləri müzakirə etmək üçün görüşlərdə/iclaslarda iştirak etməli.


Məktəbin akademik və sosial f əaliyyətlərlə bağlı təşəbbüslərini və t ədbirlərini dəstəkləməli.


Ümumi məsələlər, həmçinin şikayət və narahatlıqlarla bağlı müraciət edərkən ailəməktəb ünsiyyətini tənzimləyən prosedurlara riayət etməli.


Tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb rəhbərliyinin icazəsi ilə daxil olmalı.

 


Məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməli.


“Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməli.


Öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.

 

 

Təlimatla buradan tanış ola bilərsiniz.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları