Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 17:18:00
Bağçalara tərbiyəçilərin qəbulu üçün müsahibə mərhələsi BAŞLADI

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsahibələrə 775 nəfər dəvət edilib.

 

Oktyabrın 28-dək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunurlar.