Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 15:37:00
Məktəblərdə dərsliklər niyə çatışmır?-Nazirlikdən CAVAB

 

Həm paytaxt, həm də region məktəblərində dərslik çatışmazlığının olması ilə bağlı şikayətlər var.

 

Bu şikayətlər artıq bir müddətdir ki, səsləndirilir. Hətta bəzi məktəblərdə müəllimlərin valideynlərə əldə olan dərslikləri öz hesablarına çıxarmalarının tövsiyə olunduğu da bildirilir.

 

Məktəblərin dərs vəsaitlərilə təmin olunmasındakı problemlərin əsas səbəbi nədir? Nə zaman bütün məktəblər dərsliklərlə tam təmin olunacaq?

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklər regional təhsil idarələrinin proqnoz tələbatı əsasında verilir:

 

“Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.