Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 15:25:00
Məktəblilər Mərkəzi Elmi Kitabxanada olublar

Bakı şəhəri Suraxanı rayonu Süleyman Sani Axundov adına 172 saylı tam orta məktəbin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

 

Bu barədə AzEdu.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, məktəblilər ilk öncə MEK-in 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təşkil etdiyi sərgiyə baxıblar. Onlar burada müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında göstərdiyi xidmətlərdən bəhs edən nəşrlərlə tanış olublar.

 

Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova məktəbliləri kitabxana ilə tanış edib.

 

Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə Azərbaycan kitabxana sistemində ilk olan bu fondun yaranma tarixi, fəaliyyəti və burada sərgilənən nəşrlər haqqında ətraflı məlumat verib, eləcə də şəhid ailələrinin fonda hədiyyə etdiyi kitablarla şagirdləri tanış edib. “Zəfər Memarları”, “Biz qalib xalqıq!” başlıqlı stendlər, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adlarından ibarət Azərbaycan xəritəsinin yerləşdiyi “Qarabağ Azərbaycandır!” guşəsi məktəblilərin böyük marağına səbəb olub.

 

Sonda MEK tərəfindən məktəbin kitabxanasına nəşrlər hədiyyə edilib.