Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 15:39:00
Qeybət və dedi-qodunun bir hissəsi olmaq istəmirik-Nazirdən mediaya etiraz

 

 “Təhsilin ümumi fonunu daha çox məişət xarakterli qalmaqallar, qeybət əsaslı məlumatları təşkil edir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsi zamanı səsləndirib.

 

 

O, son zamanlar mediada təhsillə bağlı verilən neqativ xəbərlərə münasibət bildirib:

 

Bir çox hallarda əsası olmayan məlumatlar paylaşılır. Ümumi fon daha çox məişət xarakterli qalmaqallar, qeybət əsaslı məlumatları təşkil edir.  Elm və Təhsil Nazirliyi qeybət və dedi-qodunun bir hissəsi olmaq istəmir, həmçinin, bunu faydalı hesab etmir. Media vasitəsi ilə təhsil xəbərlərini açdıqda neqativ halları müşahidə edirik. Biz onların gizlədilməsinin tərəfdarı deyilik. 1990 və 2000-ci illərdə müəllim hazırlığı praktikası zəif olduğu üçün peşəkarlığı zəif olan müəllimlərlə məktəbdə fəaliyyətə başlayıb. Bu, da həmin hadisələrə yol açıb, belə dedi-qodu xarakterli məlumatların olması bizim cəmiyyətlə dialoqumuza mənfi təsir edir. Bu məsələlərlə bağlı millət vəkilləri və media nümayəndələri ilə çox maraqlı söhbətlərimiz olur. Bunu da davam etdirməyə çalışırıq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları