Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 11:14:00
Tələbələr üçün BU  mövzusunda vebinar təşkil edilib  

Təhsil İnstitutunun təşkilatçılığı ilə “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) kompüter elmləri və texnologiyaları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təlim və tədrisin təşkili və metodikası, Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün vebinar təşkil olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarda “PUSH30”un CEO-su Adil Qasımov “Startapların yaradılması və ekosistem” mövzusunda çıxış edib. Adil Qasımov tələbələrə “PUSH30”un yaradılması, fəaliyyəti, uğurları və gələcək hədəfləri ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda, təlimçi vebinar iştirakçılarını “PUSH30” tərəfdaşları ilə tanış edib.

İnteraktiv formada keçən vebinarda tələbələrin “PUSH30” və startaplarla bağlı bütün sualları cavanlandırılıb.

Qeyd edək ki, Təhsil İnstitutu BDU, ADPU və AzTU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.