Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-16 18:00:00
Elm və İnnovasiya Forumu – 2022” keçiriləcək

Oktyabrın 17-dən 21-dək “Elm və İnnovasiya Forumu – 2022” keçiriləcək.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, Elm və İnnovasiya Forumunun açılış sessiyasında BMT agentliklərinin baş alimləri Dayanıqlı İnkişaf Mərkəzlərinə nail olmaq üçün elmin necə töhfə verəcəyinə və innovativ həllər təqdim edə biləcəyinə diqqət yetirəcək.

 

Toplantının açılışını BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) həmsədri İsmayıl Serageldin edəcəklər.

 

Həmçinin FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının, UNEP-in baş alimləri, MAQATE-nin və UNESCO-nun baş direktorlarının müavinləri, ABŞ-nın BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı üzrə səfiri və digər nüfuzlu ekspertlər qatılacaq.

 

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanacaq.