Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 16:07:00
İngilis dilinin tədrisi metodikası üzrə təlimçilər hazırlanır

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən “Pedaqoji kadrların ixtisasartırma təlimi həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, budəfəki təlimlər ingilis dili müəllimləri üçün nəzərdə tutulub. “İngilis dilinin tədrisi metodikası” adlı təlimlər 21 akademik saatı əhatə edib. Məqsəd ingilis dili fənn müəllimlərinə təlim keçəcək təlimçilər hazırlamaq olub.

 

Təlimlər zamanı iştirakçılar ingilis dili fənninin effektiv tədrisini təmin etmək və şagird nailiyyətlərini artırmaq üçün səmərəli üsullardan istifadə qaydaları ilə tanış olublar.

 

Eyni zamanda, iştirakçılar oxuyub-anlama, dinləyib-anlama, yazı bacarıqlarının formalaşdırılması, qrammatika və lüğətin effektiv tədrisi üsulları ilə bağlı biliklər əldə ediblər və təlim ərzində qazandıqları bilikləri praktikada nümayiş etdiriblər.