Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 17:19:00
BŞTİ müdiri bir neçə məktəbdə olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva paytaxtdakı 216, 120 və 241 nömrəli tam orta məktəblərdə olub, məktəb rəhbərliyi, müəllimlər və şagirdləri maraqlandıran mövzular ətrafında müzakirələr aparıb.

 

AzEdu.az xəbər verir ki, Mehriban Vəliyeva məktəbin tədris şəraiti, tətbiq olunan yeniliklərlə tanış olub. Məktəb kollektivi ilə səmimi söhbət edən İdarə müdiri onların fikirlərini dinləyib, müvafiq mövzularla bağlı tövsiyələrini verib. İdarə müdiri tədris nailiyyətləri ilə yanaşı, xoşbəxt uşaqların yetişdirilməsi, məktəb-valideyn münasibətləri və sağlam məktəbdaxili mühitin formalaşdırılmasının zəruriliyini önə çəkib.

 

Qeyd edək ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmayan səfərləri, müəllim, şagird və valideynlərlə belə görüş və müzakirələri maraqla qarşılanır.