Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 15:45:00
“Məktəb liderliyi” proqramına qeydiyyat müddəti uzadıldı

Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi” proqramına sənəd qəbulunun vaxtı uzadılıb.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, sənəd qəbulu oktyabrın 15-dək davam edəcək.

 

Proqram müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir. Beş ildən az olmayaraq dövlət ümumi təhsil müəssisələrində pedaqoji iş stajı olan ali təhsilli şəxslər proqrama müraciət edə bilərlər.

 

Proqramda iştirak ödənişsizdir.

 

Qeydiyyat üçün tövsiyə məktubu tələb olunur. Əlavə suallar üçün [email protected]  ünvanına yazmaq olar.