Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 12:11:00
 AMEA-da dissertasiya mövzuları ilə bağlı qərarlar qəbul olunub

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Yer elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İbrahim Quliyev gündəlikdəki məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəblərindən daxil olmuş fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.

 

Sonra problem şurasının elmi katibi Reyhan Qasımova 3 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.

 

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.