Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 15:16:00
Beynəlxalq STEAM müsabiqəsi təşkil olunacaq

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn STEAM müsabiqəsi təşkil olunacaq.

 

Elm və Təshil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqəyə 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər.

 

Müsabiqə 2 mərhələdə olmaqla “Let’s MOD” platforması üzərindən həyata keçiriləcək.

 

Şagirdlər [email protected] ünvanına müraciət edərək müsabiqə ilə bağlı geniş məlumat əldə edə bilərlər.

 

“Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır. “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.