Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 12:17:00
İş adamı “SABAH Magistratura” tələbələrinə karyera planlamasının faydalarından danışıb  

Təhsil İnstitutunun təşkilatçılığı ilə “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) kompüter elmləri və texnologiyaları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təlim və tədrisin təşkili və metodikası, Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün vebinar təşkil olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinar “FORTE” şirkətinin CEO-su uğurlu iş adamı Elçin Zeynalov tərəfindən “İş, yoxsa karyera” mövzusunda keçirilib. Elçin Zeynalov tələbələrə iş təcrübəsindən danışıb, tələbatı artan və azalan peşə və vəzifə qrupları, karyera planlaması, informasiya işlənmə piramidası, “CASVE” dövrəsi barədə geniş məlumat verib. Həmçinin tələbələrə vebinarın əsas mövzusu olan karyera planlama prosesinin mərhələləri, karyera planlamada “lifehack”, karyera planlamanın faydaları və mənbələri, karyera yolunda spesifik faktorlardan danışıb.

 

Xatırladaq ki, Təhsil İnstitutu ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərinin həyata keçirilməsini təşkil edir.