Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 16:58:00
"Tələbənin ölümü ilə bağlı dəqiqləşirmə aparılır"-Universitetdən AÇIQLAMA

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədovun intihar etməsilə bağlı informasiya yayılıb.

 

Məlumata görə, Masallı rayon sakini olan Ş.Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.

 

Məsələ ilə bağlı UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a hadisə ilə bağlı dəqiqləşdirmə aparıldığı bildirilib:

 

“Şəhriyar universitetin Beynəlxalq İqtisadiyyat Məktəbində Maliyyə ixtisası üzrə təhsil alırdı. Bizdə olan məlumata görə tələbə yatıb və yuxudan ayılmayıb, yenə də dəqiqləşdirmələr aparılır”.

 

Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.