Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 16:47:00
Bütün abituriyentlərin gözlədiyi yeni test topluları tezliklə nəşr olunacaq- Kurikulum əsaslı  

2019-cu ildən etibarən, qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Sistem tamamilə yeni olduğundan abituriyentlər, valideynlər və müəllimlər arasında çaşqınlıqlar yaradan məqamlara rast gəlmək mümkündür. Yeni qəbul sistemi üzrə imtahan verəcək abituriyentləri  narahat edən məqamlardan biri də yeni dərs vəsaitləri və test toplularının nə zaman hazır olacağı məsələsidir. 

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a narahatlığa heç bir əsasın olmadığı bildirilib. Məlumatda qeyd olunub ki, test toplularının və yeni nəşrlərin sentyabr ayı ərzində nəşr olunması nəzərdə tutulub. Nəşrlər məhz bu aydan etibarən, satışda olacaq.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları