Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-10 13:36:00
Ermənilər Azərbaycan dilində DANIŞACAQLAR

Ermənilər Azərbaycan dilini öyrənməyə başlayıblar. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan yerli mediaya açıqlamasında Azərbaycan dilini bilməyin vacibliyini önə çəkib.

 

"Qırx dörd günlük müharibədə azərbaycanlıların erməni dilini bir çox hallarda ləhcəsiz səviyyədə bilməsini döyüş meydanında gördük. Onlar öyrənmişdilər və indi də məktəblərdə öyrənirlər" - deyə erməni nazir bu sahədəki “boşluğu” doldurmaq istiqamətində “addımlar atıldığını” bildirib.

 

“Biz yuxarı siniflərdə seçmə fənn kimi türk və Azərbaycan dillərini təklif etmişdik. Məktəb direktorlarından biri ilə şagirdlərin təklifə reaksiyası barədə maraqlandım və o bildirdi ki, uşaqlar hər iki dili seçiblər. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”.

 

Dumanyan, həmçinin erməni məktəblilərinin Azərbaycan dilini öyrənməyə maraqlı olduqlarını vurğulayıb.

 

Ermənilərin Azərbaycan dilini öyrənməsinin gerçək səbəbi nələrdir? Bu addım ölkəmizə qarşı növbəti təxribat ola bilərmi? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov işğalçı ölkə vətəndaşlarının dilimizi öyrənməklə "uzaqgörənlik" etmək istədiklərini düşünür:

 

"Hesab edirlər ki, dilimizi bilmək onların işinə yarayacaq. Gələcəkdə Azərbaycan dilində danışmalı olacaqlarını da yaxşı bilirlər. Necə ki, ermənilər də daxil olmaqla Türkiyədəki bütün millətlər türk dilində danışır, gələcəkdə ermənilər Azərbaycanda bizim dildə danışacaqlar. Düzdür, bu məsələ haqqında müxtəlif fikirlər səsləndirirlər. Məsələn, insanlar deyirlər ki, Azərbaycan dili bilən erməni uşaqlar böyüyüb əsgərlərimiz üçün ikiqat təhlükə olacaqlar". 

 

Deputat vurğulayıb ki, 44 günlük müharibədə hərbçilərimiz işğalçıları öz dilləri ilə tələyə salaraq, məhv ediblər: 

 

"Azərbaycanda sənətindən asılı olaraq bəzi insanlar bu murdarların dilini öyrəniblər və öyrədiblər. Bu, tarix və arxiv məlumatlar üçün vacibdir. Amma ermənilər Azərbaycan dili dərsini orta məktəblərdə keçməklə kütləvi şəkildə dilimizi öyrətməyə çalışırlar. Ermənilərin atdığı hər addımda məkirli niyyət var. Dilimizi öyrənmələri yaxşı hal olsa da, bizi ehtiyatı əldə verməməliyik".

 

Xatırladaq ki, 44 günlük müharibədə Azərbaycan xüsusi təyinatlıları təkcə döyüş bacarığı ilə deyil, erməni hərbçilərinin içinə qədər gedib çıxan kəşfiyyat qrupları ilə də müharibənin ilk günlərində qarşı tərəfin şəxsi heyəti arasında çaxnaşma yarada bilmişdi.