Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 15:24:00
Bağçalarla bağlı problemlərin həllini nazirlik daha yaxşı bilir- Çıxış yolu

 

 

Uşaqların bağçaya qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir. Valideynlərin əksəriyyəti elektron qəbul zamanı yaranan texniki problemlərdən şikayətlənirlər.

 

 

Mövzu ilə bağlı ADPU-nın Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi,  fəlsəfə doktoru Xalidə Həmidova fikirlərini AzEdu.az-la bölüşüb.

 

 

"Bağçalara elektron qeydiyyat zamanı yaranan problemlər Elm və təhsil nazirliyinin öhdəsinə düşür. Hansı ki,  nazirlik bu problemin həlli yollarını daha yaxşı bilir.  Bu gün kütləvi şəkildə valideynlər qeydiyyatdan keçə bilmədikləri üçün şikayətlənir. Portalda, yükləmələr nəticəsində  müəyyən problemlər yaranır". 

 

Baş müəllim ölkədə bağçaların  uşaqların sadəcə 16 faizi  əhatə etdiyini bildirib:

 

"Ümumiyyətlə,  məktəbəqədər təhsil müəssisələri(bağçalar) çox azlıq təşkil edir.  Ölkədə bağçalar uşaqların sadəcə 16 faizi  əhatə edə bilir.  Elektron  qeydiyyatın yaradılması isə  bu problemi daha qabartdı. Hazırda  kütləvi şəkildə  qeydiyyatın olması,  yükləmələri əmələ getirir. 

 

Məsələn, valideyn bağçaya qeydiyyata düşmək istəyir, amma həmin bağçada yer artıq dolmuş olur.  Bu zaman valideyn uzunmüddətli gözləməyə düşür.  Çünki,  hər bir məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın  bağçanı minimum  bitirmə müddəti var".

 

  1. Həmidova bağçaya qəbul prosesinin sıralamasından danışıb:

 

“Bağçaya qəbul sıralama ilə həyata keçirilir.  İlk olaraq şəhid və qazi övladları  qeydiyyatdan keçirilir. Sonra isə digər vətandaşlara sıra çatır. Elektron portalda  seçim etmək, arayışlara baxmaq, uzunmüddətli bir proses olduğu üçün yeni problemlər yaradır.

 

"Portalda bağçalardakı  yerlərin sayının  açıq şəkildə göstərilməsi yaranan problemlərə müəyyən qədər kömək ola bilər".

 

"Portalda bağçalardakı  yerlərin sayının  açıq şəkildə göstərilməsi yaranan problemlərə müəyyən qədər kömək ola bilər.  Məsələn,  hər hansısa bir  bağçada artıq  yer yoxdursa,  bu  məlumat portalda qeyd olunmalıdır. Bu halda valideyn ya o bağçanı seçməz,  ya da  gözləmədə qalar. İstənilən halda isə elektron qeydiyyat  çətin prosesdir”.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları