Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 12:12:00
MİQ üzrə apellyasiya şikayətlərinə BU TARİXLƏRDƏ baxılacaq-RƏSMİ
Apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
 
 
AzEdu.az xəbər verir ki, üəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 7-8 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.
 
 
Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
 
 
Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.
 
 
Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!