Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 09:25:00
Abituriyentlər üçün tam fərqli kitabın müəllifi – “Hər bir elementin videoizahı var”-MƏHDUD SAYDA

 

 

Azedu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan  “İnformatika bələdçisi” kitablar toplusu çapdan çıxıb.

 

Özündə bir neçə yeniliyi və abituriyentlər üçün çox vacib məqamları əks etdirən toplu bir neçə cilddən ibarətdir.

 

Toplunun abituriyentlərin ali məktəblərə hazırlığı üçün nəzərdə tutulan birinci cildi Dövlət İmtahan Mərkəzinin İnformatika fənni ilə bağlı hazırladığı qəbul proqramına tam uyğun şəkildə hazırlanıb və nəzəri müddəaları əks etdirir.

 

Bəs yeni vəsaitin özəlliyi nədir? Bu material abiturieyntlərə nə qazandıracaq?

 

Toplunun müəllifi olan İT mütəxəssisi, İnformatika müəllimi Tural Sofuyev AzEdu.az-a açıqlamasında toplunun informatika üzrə imtahan verəcək abituriyntlərə faydasından danışıb:

 

“Yeni çapdan çıxan “İnformatika bələdçisi” kitablar toplusunun abituriyentlər üçün faydası kifayət qədər çoxdur. Cari tədris ili üçün qəbul imtahanına hazırlaşan abituriyentlərə informatika üzrə yardımçı olacaq material sadəcə “İnformatika bələdçisi”dir. Bu test toplusunda abituriyentin hazırlığı üçün lazımı çərçivədə tam əhatəli, sxematik və düşündürücü testlər yer alır. Həmçinin, Dövlət İmtahan Mərkəzinin hazırladığı nəzəriyyə ilə bağlı vəsaiti tam əhatə edir. Mövzuların hər bir elementi testlər halında təqdim edilib”.

 

Müəllif vəsaitin ən vacib özəlliyindən söz açıb:

 

“Bütün materiallardan fərqli olaraq burada QR sistemi mövcuddur. QR vasitəsilə abituriyentlər testdə özlərinə çətin gələn hissələrin izahını video şəklində izləyə bilər. Beləliklə çətinliklə üzlışdikləri mövzuları video dərslər sayəsində daha asan başa düşə biləcəklər. Son olaraq onu da qeyd edim ki, vəsaiti əldə edən abituriyentlər burada yer alan test nümunələri ilə yanaşı hər ay üçün təyin edilən onlayn sınaqlarda da iştirak edə biləcəklər”.

 

Qeyd edək ki, artıq qarşıdakı tədris ilində I ixtisas qrupuna hazırlaşan abituriyentlər İnformatika fənni üzrə də sualları cavablamalı olacaqlar. Yalnız informatika fənninin yer aldığı uyğun alt-qrupu (Rİ) əsasında imtahan verən abituriyentlər İT  profilli ixtisasları seçmək hüququna malik olacaqlar. Bu səbəbdən toplu I ixtisas qrupu üzrə hazırlaşacaq minlərlə abituriyent üçün vacib mənbə olacaqdır.

 

Abituriyentlər üçün hava-su kimi zəruri olan, məhdud sayda çap edilən kitabı əldə etmək istəyən bu nömrələrlə əlaqə saxlaya bilər. Qeyd edək ki, kitabın qiyməti 15 AZN-dir.

 

Əlaqə nömrələri:

 

070-213-33-33

055-329-48-78