Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 17:33:00
SABAH qruplarına vakant yerlər üçün müsabiqə davam edir

Elm və Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.

 

AzEdu.az xəbər verir ki, son müraciət tarixi 4 sentyabr 2022-ci il saat 00:00 müəyyən edilib.

 

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

 

Tələblərə cavab verən namizədlər qeyd edilən tarixədək müraciət formasını (https://bit.ly/3TwtHsB) doldurmalıdırlar.