Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 11:48:00
UNEC-in gənc müəllimi fəaliyyətini Almaniyada davam etdirəcək

 

UNEC-in gənc müəllimi pedaqoji və tədqiqat fəaliyyətini Almaniyada davam etdirəcək.

 

AzEdu.az xəbər verir ki,  bu barədə universitetin rektoru, professor Ədalət Muradov paylaşım edib:

 

“UNEC-in ilk gənc müəllimlərindən biri perspektivli Təhmasib Əlizadə UNEC-də fəaliyyətini dayandırır. O, sentyabrdan etibarən pedaqoji və tədqiqat fəaliyyətini Almaniyada davam etdirəcək. Bu gün görüşdük, həm də UNEC-də görülmüş və görülməli işlər haqqında səmimi, açıq fikir mübadiləsi apardıq. İSE fakültəsinin uğurlu model olduğunu da təsdiqlədik. Təhmasib müəllim UNEC-də tətbiq edilən dəstəyə uyğun olaraq 1 illik proqram çərçivəsində 2019-2020-ci illərdə Almaniyanın Fridrix Şiller Yena Universitetinin “İnnovativ inkişaf iqtisadiyyatı” mərkəzində araşdırmaçı kimi fəaliyyət göstərmişdir. Əminəm ki, Təhmasib müəllim harada işləməsindən asılı olmayaraq hər zaman UNEC ailəsinin sevimli üzvü olaraq qalacaqdır. Təhmasib müəllim yolunuz açıq olsun. Allah Sizi qorusun. Gənc müəllimlərimizə güvənirik”.