Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 16:25:00
Diplomların tanınması üçün ən çox bu ölkələrdən müraciət edilib

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 81, Rusiya Federasiyasından 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən məlumat verilib.

 

Məlumata əsasən, ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.