Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 17:01:00
“Yalan fikirlər formalaşdırıb ictimaiyyəti aldatmağa çalışırlar”-Nazir müşaviri

 

Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri, Elm və Təhsil nazirinin müşaviri Elnur Nəsibov nazirin çıxışı ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, sədr məqsədli şəkildə yalan fikirlərin formalaşdırıldığını söyləyib:

 

“Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüşüb. Məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu istiqamətdə suallara cavab verilib.

 

Təəssüf ki, yeni tədris ilinə hazırlıq, məktəblərdə öyrənmə mühitinin yaxşılaşdırılması, təhsilin inkişafı və digər əhəmiyyətli məsələlər və direktorlarla səmərəli müzakirələr qalıb kənarda, kimlərsə öz neqativ məqsədlərinə görə yalan fikirlər formalaşdırıb ictimaiyyəti aldatmağa çalışırlar. Digərləri də öz sosial media hesablarında doğru olmayan fikirləri tirajlamaqla məşğuldurlar”.

“Hər hansı məlumatı ilkin mənbədən yoxlanılmadan, digər alternativ mənbələrlə dəqiqləşdirilmədən, təsdiq və ya verifikasiya olunmadan ictimailəşdirilməsi peşəkarlıqdan və etikadan uzaqdır. Qaldı məsələnin məzmun tərəfinə, bir balaca məntiqi, ağlı və zəkası olan hər kəs başa düşə bilər ki, bu məlumat həqiqəti əks etdirmir”-deyə, nazir müşaviri bildirib.