Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-02 11:38:00
Sabah boş qalan yerlərə qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sabah başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Xatırladaq ki, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 30-da başa çatıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları