Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 16:16:00
“Bu qurumun ADMİU ilə heç bir əlaqəsi yoxdur”-Rəsmi AÇIQLAMA

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) çoxsaylı müraciətlərə əsasən, “Azərbaycan İncəsənət Məktəbi” ilə bağlı məlumat yayıb.

 

AzEdu.az xəbər verir ki, adı çəkilən qurumun ADMİU-nun nəzdində fəaliyyət göstərmədiyi və universitetlə heç bir əlaqəsinin olmadığı rəsmi olaraq bildirilib.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə hazırlıq kurslarına qəbul üçün qeydiyyat 5-25 sentyabr 2022-ci il tarixi aralığında aparılacaq.