Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 11:15:00
Kurikulum üzrə mütəxəssislər axtarılır

Təhsil İnstitutu ədəbiyyat fənni üzrə kurikulumun təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Namizədlərdən ixtisas fənni üzrə dərin bilik və bacarıqlar, müasir pedaqoji yanaşmalara dair məlumatlılıq, fikirləri yazılı formada ifadə etmə təcrübəsi, araşdırma və təhlil üzrə səriştə, azı 5 illik pedaqoji təcrübə tələb olunur.

 

Tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) sentyabrın 6-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Başlıq bölməsində “Ədəbiyyat fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.

 

Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.