Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 10:25:00
Pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlərə yenidən qeydiyyat elan edilib  

Təhsil İnstitutu çoxsaylı istəkləri nəzərə alaraq ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlərə yenidən qeydiyyat elan edir. 

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Təlimin proqramı pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası kimi mövzuları əhatə edəcək. 

 

Təlimlərdə iştirak etmiş şəxslər pedaqoqu xarakterizə edən xüsusiyyətləri və onun rollarını, qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcək.

 

 Təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilərlər. Təlimlər ödənişli əsaslarla həyata keçirilir. Sonda Təhsil İnstitutu tərəfindən sertifikat təqdim edilir.  

Qeyd edək ki, təlimlər onlayn formada baş tutacaq. Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək.