Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 09:24:00
UNEC ilə Cənubi Qazaxıstan Dövlət Universiteti arasında elm və təhsil əlaqələri qurulur

Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində Cənubi Qazaxıstan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında elmi və təhsil əlaqələrinin qurulması məqsədilə görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

 

Görüşdə Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru Dariya Kоjамjаrоvа ilə UNEC-in rektoru Ədalət Muradov təhsil, elm və tədqiqat sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.