Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-25 16:01:00
Qubada beynəlxalq qiymətləndirmə düşərgəsi davam edir

Təhsil İnstitutu və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 24-də Quba şəhərində start verilən beynəlxalq qiymətləndirmə düşərgəsi davam edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, düşərgənin 2-ci günündə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ətraflı məlumat alıb, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olublar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını müəyyənləşdirən tapşırıq nümunələrini hazırlayıb və onların məktəbdaxili qiymətləndirmədə rolunu müzakirə ediblər. Müəllimlər şagirdlərin kompüter və informasiya bacarıqlarının araşdırılması və bu bacarıqların təhsil prosesində istifadəsinə dair ətraflı məlumat əldə ediblər.

 

Xatırladaq ki, düşərgə avqustun 26-dək davam edəcək. Sonda iştirakçılara sertifikat veriləcək.