Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 15:33:00
MİQ müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, avqustun 25-də fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə fənləri üzrə müsahibələr təşkil olunacaq.

 

Qeyd edək ki, avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.