Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-22 17:05:00
Sertifikasiyadan keçən müəllimlərin maaşına əlavələr BU ŞƏKİLDƏ olacaq

Təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr:

Sertifikatlaşdırmanın nəticəsi üzrə

Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)

keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış

təhsilverənlərə

35

keçid balını toplamış digər

təhsilverənlərə

10

Şükufə Süleymanlı
Müəllifin digər yazıları