Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 14:28:00
Vətən müharibəsi qəhrəmanı UNEC məzunu oldu

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI UNEC MƏZUNU OLDU!

AzEdu.az xəbər verir ki, UNEC tələbəsi Kamran Şıxəliyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Bu gün UNEC tarixinin ən şərəfli günlərindən birini yaşadıq. Milli Qəhrəman Kamran Şıxəliyev UNEC məzunu oldu və fəxrlə onun diplomunu təqdim etdim. Kamran həm də zəngin bir Şəxsiyyətdir. Bir daha UNEC məzunu olması münasibətilə Vətən Müharibəsi Qəhrəmanı Kamranı təbrik edir və gələcək həyatında bol-bol uğurlar arzulayıram. UNEC və UNEC məzunları adına qürur duyuram.
Hər şey daha da yaxşı olacaq!