Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 13:32:00
AzTU-nun məzunu, şəhid Elcan Məmmədovun doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində anadan olub. 1996- cı ildə Sabunçu rayonunda 169 nömrəli tam orta məktəbə gedib. 2007-ci ildə orta məktəbi bitirib və AzTU-ya qəbul olunub.  

 

AzEdu.az xəbər verir ki, Elcan Məmmədov universiteti bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant hərbi rütbəsi alıb və hərbi xidmətini davam etdirib. Elcan Məmmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib. O, sentyabrın 27-də Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

 

Prezident İlham Əliyevin sərəncamları ilə Elcan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!