Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 11:36:00
ADNSU tələbələri beynəlxalq səviyyəli treyninq kursunu başa vurublar

Avqustun 2-də Bakı şəhərində Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei”-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “Seeds for the Future 2022” onlayn treyninq kursunun bağlanış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakıda keçirilən bağlanış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, universitet nümayəndələri və tələbələr iştirak ediblər. Tədbirə fəxri qonaq qismində dəvət olunan professor Mustafa Babanlı çıxışı zamanı Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətindən bəhs edərək bu əlaqələrin Çin ali təhsil müəssisələri ilə ADNSU arasındakı əməkdaşlığın inkişafına töhfə verdiyini, bunun tələbələrimiz üçün böyük prioritet olduğunu vurğulayıb. Həmçinin,  “Huawei” şirkəti ilə  ADNSU arasında olan sıx əməkdaşlıq barədə danışan  rektor, professor Mustafa Babanlı gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrinin daha da gücləndiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

 

Qeyd edək ki, cari il iyulun 25-dən avqustun 1-ə qədər davam edən onlayn treyninq kursunda ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 10 tələbəsi iştirak edib və onlar yüksək nəticələr əldə edərək mükafata layiq görülüblər.

 

Tədbirin sonunda tələbələrin mükafatlandırma mərasimi keçirilib və onlarla xatirə fotosu çəkilib.