Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 12:49:00
I və IV qrupların imtahan nəticələri tezliklə açıqlanacaq – DƏQİQ VAXT

 

 I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının (II cəhd) nəticələrinin iki gün ərzində elan olunması nəzərdə tutulub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının II cəhdi iyulun 21-də keçirilib.

 

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.