Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 13:47:00
Cəsus hesab edilən 50 çinli tələbə Britaniyanı tərk edib-Hədəf qərb universitetləridir?

 

Son üç il ərzində 50 çinli tələbə Böyük Britaniyanı tərk edib.

 

Bu bardə Britaniya Təhlükəsizlik Xidmətinin rəhbəri ( MI5) Ken Makkallum məlumat verib.

 

AzEdu.az xəbər verir ki, həmin tələbələrin Akademik Texnologiyaların Təsdiq Sxemində aparılan islahatlardan sonra ölkəni tərk etdikləri bildirilib.  

 

Ken Makkallum, Pekinin yaratdığı casusluq təhlükəsi ilə bağlı çıxışında qeyd edib ki, Britaniya həssas akademik tədqiqatların oğurlanmasının qarşısını almaq üçün prosedurları sərtləşdirdikdən sonra son üç il ərzində ümumilikdə 50 tələbə ölkədən gedib.

 

MI5-in baş direktoru Ken Makkallum bildirib ki, tələbələr Akademik Texnologiyaların Təsdiq Sxeminin (ATAS) islahatından sonra oranı tərk ediblər.

 

Makkallum Çinin fəaliyyətində xüsusi diqqətin qərb universitetlərinə olduğunu və Akademik Texnologiya Təsdiq Sxemində (ATAS) aparılan islahatlardan sonra tələbələrin ölkəni tərk etməyə başladıqlarını bildirib. Böyük Britaniya hökuməti tərəfindən idarə olunan bu sxem, Çindən və digər ölkələrdən olan, hərbi texnologiya və həssas hesab edilən digər mövzularda tədqiqatla məşğul olmaq istəyən əcnəbi tələbələri əhatə edir.

 

Təhlükəsizlik Xidmətinin rəhbəri hazırda Britaniyada təhsili davam edən 150 mindən çox çinli tələbələrlə bağlı isə hər hansı fikir bildirməyib.