Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-30 16:20:00
"Dövlət proqramının müsahibə mərhələsində ayrı-seçkiliyə yol verilir"-EKSPERT

“Bəzi məsələlərə görə xaricdə təhsil almaq istəyən şəxslər dövlət proqramından kənarda qalır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyib.

 

Belə ki,  dövlət proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün müraciət edən namizədlərin müsahibə mərhələsinə start verilir.

 

Fuad Hacıyev müsahibə mərhələsində iştirak edənlərə bəzi tövsiyələr verib:

 

“Müsahibə mərhələsində  bakalavr və magistr təhsili almaq istəyən şəxsə ixtisası üzrə suallar yönəldilir. Həmçinin, öz sahəsini sevmə və ona bələd olma potensialı yoxlanılır”.

Ekspert müsahibə mərhələsində baş verən ayrı-seçkiliyə münasibət bildirib:

 

“Lakin burada tərs mütənasib olan bir məqam var. Belə ki, qəbul olmaq istəyənlər əvvəllər xaricdə təhsil alıbsa, onlara üstünlük verilir. Bu, da öz növbəsində təhsilini ölkəmizdə almış və xaricdə davam etdirmək istəyən insanlara qarşı haqsızlıq xarakteri daşıyır. Onun bakalavr təhsilini xaricdə alamağa imkanı yoxdursa, bu, şəxsin günahı deyil. Həmin məsələyə görə dövlət proqramından kənarda qalmaq düzgün addım deyil”.

 

Ekspert dövlət proqramında iştirak edəcək şəxslərə hansı məqamlara diqqət etməli olduğunu deyib:

 

“Hazırlaşan şəxslər ixtisası ilə bağlı bütün detallara yiyələnsinlər. Məlumatlı olmaları onlara kömək edəcək, çünki ixtisasla bağlı suallar çoxluq təşkil edir.

 

Bakalav təhsilinə hazırlaşan tələbələrə isə çox sayda mürəkkəb sual yönəldilmir. Onlara dünyagörüş və hədəfləri ilə bağlı test tapşırıqları  verilir. Həmçinin, gələcək hədəflərinin nə olduğu ilə bağlı standart suallar yönəldilir. Bundan əlavə, onlara nəyə görə təqaüd ayrıldığı sualı da ünvanlanır.

 

Müsahibə  mərhələsindən kəsilənlər səbəbləri bəzi hallarda izah edə bilmirlər. Ötən illərdə bir abituriyentə astranomiya ilə bağlı sual verilmişdi.Təbii ki, 11-ci sinif şagirdi üçün bu olduqca çətindir. Ona görə də müsahibənin şəffaf keçirilməsindən çox şey aslıdır. 15 iyuldan sonra proseslər başladıqda  hər şey aydın olacaq. Müsahibə mərhələsinin nə dərəcədə real və şəffaf olması ilə bağlı təəssüratlar həmin zaman yaranacaq. Ona görə də bu barədə danışmaq hələ çox tezdir.

 

Tövsiyə edərdim ki, ixtisası üzrə müraciət edənlər mütləq şəkildə ona dərindən yiyələnsinlər. Qəbul olduqları universitetlə bağlı verilən  sənəd yetərli olmur. Şəxsin ali təhsil müsəssisəsi ilə bağlı bilgiləri olmalıdır, o, niyə bu universiteti seçməsi haqqında kifayət qədər informasiyalara yiyələnməlidir.Ölkəmizdə Türkiyənin özəl universitetlərinə qəbul olmaq şansı yüksəkdir. Bunun üçün ən əsas SAT lazımdır. Lakin müsahibə zamanı SAT kifayət etmir, əlavə məlumatların da olması vacibdir. Dövlət nəyə görə həmin şəxsə pul ayırmasını bilməlidir. Onun digərlərindən üstünlüyü bilinməli və buna əsasən qiymət verilməlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları