Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-30 12:12:00
“BMU-İNHA İkili Diplom Proqramı mənim üçün parlaq gələcəyin açarıdır”  

“Düşünürəm ki, BMU-İNHA İkili Diplom Proqramı mənim üçün parlaq gələcəyin açarıdır”. Bu fikri proqramın 2021/2022-ci tədris ili qəbulu üzrə “Elektrik mühəndisliyi” ixtisasının I kurs tələbəsi Rauf Həşimli bildirib.

 

AzEdu.az xəbər verir ki, Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi proqramla bağlı təəsüratlarını bölüşən tələbə əsas üstünlüklər sırasında Koreya dilinin tədrisini vurğulayıb: “Bu dilin mənimsənilməsi gələcəkdə Koreyanın böyük şirkətlərində çalışmaq üçün geniş imkanlar yaradacaq”.

 

Proqram üzrə çox sevdiyi fənlərə də toxunan R.Həşimli bildirib ki, “Proqramlaşdırmanın əsasları” fənni bu sırada ilk yeri tutur: ”BMU-da bu fənn bizə ən yeni texnologiylarla tədris olunur. Mənim gələcək tələbələrə tövsiyəm odur ki, siz BMU-İNHA İkili Diplom Proqramını seçməklə, həm əm yüksək səviyyədə təhsil ala bilər, həm də bütün mənalarda digər abituuriyentlərdən fərqlənə bilərsiniz”.

 

Qeyd edək ki, proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkinə daxil olaraq əldə etmək mümkündür.