Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 13:37:00
UNEC-də icbari tibbi sığorta ilə bağlı onlayn seminar keçiriləcək

Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri i.f.d. Sevda Məmmədovanın moderatorluğu ilə “İcbari Tibbi Sığortanın tətbiqinin nəticələri” mövzusunda onlayn seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, seminarda ekspert, həkim-nevroloq İlhamə Hacızadə mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

 

29 iyun, saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/99760603361 (giriş kodu: 911073) linkinə keçid etməklə qoşula bilərsiniz.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.