Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 15:38:00
LDU-da ERASMUS+KA2  layihəsi üzrə məlumatlandırma tədbiri keçirilib-FOTO

17 iyun 2022-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və  Lənkəran Dövlət Universitetinin də (LDU) tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsində ECAR layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illərdə təhsilin modernləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində LDU-da  mühüm işlər görülüb, nəzərəçarpaq uğurlar qazanılıb.

 

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR layihəsi çərçivəsində görülən işlərdən, xarici universetlərlə tərəfdaşlığın əhəmiyyətindən,  qarşılıqlı səfərlərdə əldə edilən təcrübənin tədbiqindən ətraflı bəhs edib.

 

Layihənin koordinatoru Gülşən Bayramova layihənin əhəmiyyəti, məqsədi, yerli və Avropa partnyorları və yaradılacaq Rektorlar Konfransının Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi tövfələr barədə iştirakçılara geniş məlumat verib. ERASMUS+KA2  layihəsinin Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində  mühüm nailiyyətlərə yol açdığını deyən kordinator iştirakçıları layihənin işində fəal iştirak etməyə, təşəbbüskar olmağa çağırıb.

 

Tədbir  diskussiya  şəraitində  keçib, suallar cavablandırılıb.