Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-16 17:36:00
“UNEC-i tanı” layihəsinə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-i tanı” layihəsinə start verilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində abituriyentlərə və onların valideynlərinə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqqı barədə məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və karyera imkanları istiqamətində dəstək göstəriləcək.

 

Abituriyent və valideynlər II-V günlər saat 10-dan 16-dək şəxsiyyət vəsiqələri ilə UNEC-in əsas tədris binasına (İstiqlaliyyət, 6) yaxınlaşa bilərlər.

 

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə universitetin rəsmi feysbuk (https://www.facebook.com/unecedu) səhifəsinə yazaraq, eləcə də (012) 492 60 43 nömrəsinə zəng edərək, onları maraqlandıran sualları ünvanlaya bilərlər.

 

Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.