Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-16 15:39:00
ADNSU-nun tələbəsi Dünya çempionatının qızıl medalını qazanıb  

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb.

 

O, 100 metrəyə brass növündə 1.05:66 nəticə göstərib. Bununla millimizin Dünya çempionatında qazandığı medalların sayını 4-də çatdırıb.

 

AzEdu.az xəbər verir ki, V.İsrafilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üçüncü kurs tələbəsidir. Energetika fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alır. O, dərslərində də çalışqan və məsuliyyətli tələbədir.

 

V.İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. Təhsili ilə yanaşı, idmana xüsusi önəm verib. İndiyə qədərki sonuncu möhtəşəm uğuruna qədər bir çox beynəlxalq yarışaların qalibi olub.