Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 17:10:00
Dünyanın nəhəng universitetləri xaker hücumuna məruz qalıblar

 

Britaniya, ABŞ və 12 digər ölkələrin universitetləri xaker hücumlarına məruz qalıb.

AzEdu.az  The Times nəşrinə istinadən xəbər verir ki, onlarla universitetin xaker hücumuna məruz qalmasınının səbəbi və xakerlərin kimliyi hələlik bilinmir.  

Nəşrin məlumatına görə hücuma məruz qalan 76 universitet içərisində dünya reytinqində ilk əlliliyə düşənləri də var.

Bu hücumu ABŞ-ın  SecureWorks şirkəti  aşkarlayıb. Ekspertlər yüzlərlə universitetin saxta saytlarına verilən onlayn keçidlər müəyyənləşdiriblər. Həmin keçidə klikləyən istifadəçidən sayta daxil olmağı üçün loqin və parolunu daxil etməyi tələb olunub. Bu yolla dələduzlar universitetin istifadəçilərinin şəxsi hesablarına giriş əldə edə biliblər.

Bu keçidlərin universitet əməkdaşlarının elektron ünvanlarına məktubla göndərildiyi ehtimal edilir.

ƏVƏZ  ZEYNALOV