Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 17:36:00
LDU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib-FOTO

Lənkəran Dövlət Universitetində (LDU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


LDU-nun rektoru, professor Natiq İbrahimov konfrans iştirakçılarını 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Müasir Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır. “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq” deyən universitet rəsmisi qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan professor Natiq İbrahimov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki,15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Təbii ki, bu gün qazanılan uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunu uğurla davam etdirdiyini deyən N.İbrahimov ölkədə təhsilin inkişafı istiqamətində aparılan böyük islahatlardan da söz açıb.


Konfransda Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Kamal Mahmudovun məruzəsi dinlənilib. Məruzədə 15 iyun Milli Qurtuş Gününü doğuran tarixi şəraitdən, Heydər Əliyevin Azərbaycanın bütövlüyünü qorumaq istiqamətində apardığı müdrik siyasətdən, bu siyasətin uğurlu nəticələrindən, prezident İlham Əliyevin H.Əliyev yolunu uğurla davam etdirməsindən ətraflı bəhs edilib.


Konfransda 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş olunub.
“Microsoft Teams” platforması üzərindən keçirilən konfransda universitetin prorektorları, dekan və kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.
LDU-da “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. 


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində 11 may 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində (LDU) müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.


Seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının (BMT) 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə görülən işlər, aparılan islahatlardan ətraflı bəhs edib. Kamran Kazımov Ermənistanın Azərbaycana 30 ilə yaxın davam edən təcavüzü, mənfur qonşularımız tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulmasından danışıb, 44 günlük Vətən müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, qəhrəman oğullarımızın qanı, canı bahasına vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edib.


Tədbirdə LDU-nun Ümumi işlər üzrə prorektoru Növruz Həsənquliyev məruzə edib. Məruzəçı Azərbaycan Respublikasının Konstitutsiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, sosial şəbəkələrdə, mediada insan hüquqlarının təbliğ edilməsinin, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, həmçinin, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb. Məruzədə qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.