Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 13:11:00
Müəllimlərin işə qəbulu müsabiqəsinə qeydiyyat davam edir  

2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə elektron sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.

 

Müsabiqəyə qaydaları ilə bağlı daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://bit.ly/3wTjGuM

 

Təsdiqlədikdən sonra elektron ərizədə hər hansı bir düzəlişin edilməyəcəyini nəzərə alaraq namizədlərə qeydiyyatdan keçərkən aşağıdakı linkdə qeyd olunan məqamlarla bağlı diqqətli olmaq tövsiyə olunur.

 

https://bit.ly/3aozRZq

 

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!